XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 00:12

Bakı şəhərinin Baş Planının hazırlanması üçün məlumatlar toplanıb –Hesabat

Bakı şəhərinin Baş Planının hazırlanması ilə bağlı hesabat dövrü ərzində aidiyyəti qurumlardan məlumatların toplanması işləri həyata keçirilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Baş Planın 1:10000 miqyasında tərtib edilmiş ilkin layihəsi üzrə icraçı şirkətin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzazkirələr təşkil edilib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş Planın ilkin layihəsi üzrə 60 gün müddətində ictimaiyyətin tanış edilməsi üçün bu layihə Azərbaycan, rus və ingilis dillərində rəsmi internet səhifəsində yerləşdirilib, ictimaiyyət tərəfindən təqdim edilən rəy və təkliflər nəzərə alınması üçün layihəçiyə təqdim edilib/APA.