XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 11:25

7 aprel– Ümumdünya Sağlamlıq Günüdür

1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Hər il bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nin Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

Builki Ümumdünya Sağlamlıq Gününün şüarı belədir: “Fəal ol, sağlam qidalan, tibbi məsləhətlərə riayət et, şəkərli diabetə qalib gəl”. Bu şüar daha çox fiziki fəaliyyət və təkmilləşdirilmiş qidalanmanın təşviqi kimi ölkələrin diabetli əhalisi üçün xəstəliyin riskini azalmaq məqsədilə siyasət səylərinə diqqətin artırılması vacib olan sahələri sahələri göstərir.

Avropa regionunda 64 milyon insan şəkərli diabetdən əziyyət çəkir və xəstəlik hər il minlərlə insanın ölümü ilə nəticələnir. Halbuki hesablamalara görə, azı onalrın 20 faizində 2-ci tip şəkərli diabet hallarının qarşısı alına bilər.

2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək şəkərli diabet xəstəliyi ilə mübarizə bu il Ümumdünya Sağlamlıq Gününün mövzusudur. DST-nın Avropa üzrə regional ofisinin direktoru Jujanna Cakab qeyd edib ki, bu regionun ölkələri şəkərli diabet xəstəliyinin fəsadlarından əziyyət çəkirlər. Eyni zamanda, bu ölkələrin səhiyyə sistemləri çox vaxt xəstəliyə nəzarət etməkdə və onun fəsadlarını aradan qaldırmaqda çətinlik çəkirlər. Şəkərli diabet xəstəliyinin təhlükəsi bütün cəmiyyətin onu dayandırmaq üçün əsaslı birgə səyi olmayanadək davam edəcək.

"Şəkərli diabet üzrə risk amilləri digər qeyri-yoluxucu xəstəliklərin riskləri ilə yaxından əlaqəlidir", – deyən Y.Cakab əlavə edib: "Şəkərli diabet epidemiyasına nəzarətin tək etibarlı yolu insanların bu xəstəliyə yoluxmalarının qarşını almaqdır və biz, çox güman ki, vahid bir yanaşma ilə buna nail olacağıq. Eyni zamanda, səhiyyə sistemləri artıq diabetlə yaşayan milyonlarla avropalıya vəziyyətlərinə nəzarət etmək və problemsiz yaşamaq üçün dəstək məqsədilə çox şey edə bilərlər”(azərtac).