XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 May 2015 - 15:45

Birinci Avropa Oyunlarına 200 min bilet satılıb –Açıqlama

bilet.jpg

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bilet satışı davam edir.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsindən Azərtac-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu mötəbər idman yarışı üçün artıq 200 minədək bilet satılıb. Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 70 faizi artıq satılıb. Birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb. Bilet satışı prosesi hazırda davam edir və Oyunlara maraq olduqca böyükdür. Xarici ölkələrdən əsasən, Böyük Britaniya, Rusiya, Almaniya, Hollandiyadan daha çox biletin alındığı müşahidə olunur.

Oyunların biletlərini satış məntəqələrindən, yaxud www.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişlərini “Park Bulvar”, “28 Mall”, “Metro Park” Ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, “ASAN xidmət”in Yasamal filialı, eyni zamanda, metronun “Neftçilər”, “Əhmədli” stansiyaları yaxınlığında və Fəvvarələr meydanındakı “McDonald’s” restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür.