XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 15:12

“Azneft dairəsi”2 gün bağlı olacaq

yol polisi

Bu il iyun ayında Bakıda keçiriləcək “Formula-1” yarışına hazırlıqla bağlı paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq sona çatdırılır.

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən virtualaz.org-a verilən məlumata görə, bu səbəbdən, Neftçilər prospektinin “Azneft dairəsi”ndən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq(virtualaz).