XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 15:49

Düşmənin Ağdama vurduğu ziyan… –İcra Hakimiyyətindən açıqlama

dagidilan-evler

Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.

Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, düşmənin atdığı mərmilər nəticəsində 30 ev dağılıb, 5 ev yanıb, 37 evə ziyan dəyib:

"Sarıcalı kənd tam orta məktəbinin dam örtüyü və pəncərə-şüşə bloku sıradan çıxıb, Rzalar kənd tam orta məktəbinin və Əfətli kənd inzibati ərazi nümayəndəliyinin pəncərə şüşələri sınıb.

Rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əhmədağalı, Sarıcalı və Qaradağlı kəndlərində transformatorlar, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi sıradan çıxıb.

Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 10 baş iribuynuzlu, 99 baş xırdabuynuzlu heyvan, xeyli toyuq-cücə tələf olub.

Hazırda rayona dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görülür. Artıq “Azərişıq” ASC tərəfindən yerlərə 3 ədəd yeni transformator, 5 ton transformator yağı, 2000 metr elektrik naqili, 200 metr SİP kabel, 30 ədəd dirək çatdırılıb, elektrik sistemi bərpa edilib.

Yaxın günlərdə düşmən atəşi nəticəsində ziyan dəymiş fərdi evlərin və ictimai binaların bərpasına başlanılacaq".

Azərtac.