XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 20:28

Bank VTB-dən təkzib:“Həlak olmuş erməni hərbçilərilərinin kreditləri ləğv edilməyəcək”

 

VTB bank

Bank VTB Cəbhənin təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş Ermənistan hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır.

Strateq.az bildirir ki, bankın mətbuat xidməti bununla bağlı məlumat yayıb.

VTB-nin baş ofisi bildirir ki, Ermənistan hərbçilərinin ailələrinin kredit borcunun silinməsi barədə qərar qəbul edilməyib. Belə bir qərarın qəbul edilməsi planlaşdırılmır.

Xatırladaq ki, "RIA-Novosti" agentliyi Bank VTB-nin Dağlıq Qarabağda gedən son əməliyyatlarda həlak olan və itkin düşən Ermənistan hərbiçilərinin borcunu silmək barədə qərar verdiyini açıqlamışdı.

Bankın mətbuat xidmətinə istinad edilən həmin məlumatda bu addımın “onlara dəstək məqsədilə” atıldığı deyilirdi.