XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 23:00

Gömrük Komitəsinin 4 xidmət növü elektronlaşdırıldı –SİYAHI

gomruk

Dövlət Gömrük Komitəsinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə daha 4 xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib.

“Elektron hökumət” portalından verilən məlumata görə, istifadəçilərin ixtiyarına verilən xidmətlər “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Elektron), “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Kart), “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu”, “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” xidmətləridir.

Bununla da Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.

Qeyd edək ki, “Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-dür.