XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 15:33

Azərbaycanda qeydiyyata alınanəcnəbilərin sayı açıqlandı

1460456401527640093_1000x669

Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi respublikamızda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi işlərinin davamı kimi, cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1578 nəfər artaraq 29442 nəfərə çatıb. Onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 01 aprel tarixinə bu sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında artım 6352 nəfər təşkil edib.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir.

Əcnəbilərin sığorta-pensiya sistemi ilə əhatə olunması bu sistemin tələblərinin icrası ilə yanaşı, həmin insanların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına da şərait yaradır.