XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 13:57

Ölmüş qardaşının üzü köçürülmüş şəxslə bacısının şok görüşü- “Qardaşıma toxuna bilərəm?-VİDEO

uz baci.jpg

ABŞ-da üzü başqasına köçürülmüş şəxsin bacısı ilə həmin sifəti daşıyan insan arasındakı görüş böyük maraq doğurub.

Strateq.az bildirir ki, 1997-ci ildə 22 yaşlı Riçard Li Norris təsadüfən öz gicgahına silahdan atəş açıb. Sağ qala bilsə də, sifəti tamam eybəcər hala düşüb. Həkimlər ona 2012-ci ildə avtomobil qəzasında həlak olmuş 21 yaşlı Coşua Aversano adlı gəncin üzünü köçürüblər.

Mərhum gəncin bacısı ilk dəfə olaraq həlak olmuş qardaşının üzünü daşıyan şəxslə görüşüb. “CTV Nevs” telekanlı bununla bağlı süjet hazırlayıb. Mayın 31-də efirə gedəcək bu süjetdən bir parça internetdə nümayş olunub. Kadrlarda Aversonun bacısı Rebekka qardaşının sifətini daşıyan Norrislə üz-üzə gəlir. özünü itirən Rebekka Norrisdən onun üzünə toxunmağa icazə istəyir. “Mən qardaşımla bir yerdə böüyüdüm. Olarmı ona toxunum?”- deyə soruşan Rebekkaya Norris etiraz etmir və qızı qucaqlayır…

Həlak olan gəncin valideynləri bildiriblər ki, mərhum övladlarının üzünün başqa şəxsə köçürülməsinə etiraz etməyiblər. “Oğlumuzu artıq geri qaytara bilmərik. Amma bu insana kömək edə bildik” – deyə Coşuanın anası Qven Aversano bildirib.

Təzə üz köçürüləndən sonra Norris normal həyata qayıda blib. İndi o, daha küçəyə çıxmağa çəkinmir. Hətta model kareyarası da qurub. Həkimlər ona gün altında qaralmağı və soyuqda çox qalmağı qadağan ediblər. Bundan başqa, o, həmişə dərman içməlidir.

Riçard Norris dünyada üz transplantasiyası aparılan 23-cü adamdır. İlk belə əməliyyat 2005-ci ildə aparılıb.

https://www.youtube.com/watch?v=81r7HL8rHQI