XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 09:31

Bakının əsas yollarında intensiv hərəkət müşahidə olunur

avtomobil

Bu gün səhər saatlarında Bakıda bir neçə istiqamətdə nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə edilir. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib. 

Məlumata görə, hazırda Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Binəqədi şosesi (mərkəzə doğru), A.Bakıxanov küçəsi, həmçinin Yusif Səfərov küçəsi, Tbilisi prospekti, Xətai prospekti (Təhsil Nazirliyi istiqamətində), Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsü) avtomobillərin intensiv hərəkəti davam edir.