XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 15:15

Vaşinqtonda Məhəmməd Peyğəmbərin karikaturasını metroda yaymaq istəyiblər, polis imkan verməyib

metro vasinqton.jpg

Vaşinqtonun nəqliyyat rəsmiləri Məhəmməd Peyğəmbərin (s.) karikaturasının metroda nümayiş etdirilməsinin qarşısını alıblar. Belə bir təşəbbüslə azad ifadə kampaniyaçı qruplarından biri çıxış etmişdi.

Strateq.az BBC-yə istinadən bildirir ki, Amerika Azadlığı Müdafiə Təşəbbüsü (The American Freedom Defense Initiative) adlı qrup Məhəmməd peyğəmbərin (s.) Texasda keçirilmiş sərgidə qalib gəlmiş kariktarasını nəqliyyatda nümayiş etdirmək istəyirdi.

Bu ayın əvvəllərində keçirilmiş həmin sərginin yaxılnlığında polis iki silahlını öldürmüşdü.

Vaşinqtonun nəqliyyat rəhbərliyi metroda bütün növdən olan siyasi, dini və təbliğat plakatlarının nümayiş etdirilməsini yasaqlayıb. ABŞ paytaxtının nəqliyyat idarəsinin şurasında keçirilən səsvermənin nəticəsində metroda “məqsədli” elanların nümayiş etdirilməsinə qadağan qoyulub.

AFDI-nin təsisçisi Pamela Geller nəqliyyat rəhbərliyinin qərarını azad ifadə üzərinə hücum kimi pisləyib. Xanım Geller öz internet saytında yazır ki, “terrorun qarşısından geri çəkilmək məğlubiyyətdir”.

Tənqidçilər xanım Gellerin təşkilatını “nifrət yayan qrup” kimi qiymətləndirirlər.

Onun təşkilatı 2012-ci ildə çikaqo, Filadelfiya və San Fransiskonun metrolarında ziddiyyətli plakatların nümayişini təşkil etmişdi. Pamela Geller özünün qatı “antimüsəlman” mövqeyi ilə ad çıxarıb. O, Manhettendə Müsəlman Mərkəzinin tikilməsinə etiraz bildirməklə məşhurlaşıb.

pamela.jpg