XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 05:58

Avropa Oyunları dövründə Bakıda toy olacaqmı?

Bildiyiniz kimi, iyunun 12-dən 28-nə qədər Bakıda Birinci Avropa Oyunlari keçiriləcək. Bir müddət öncə Bakı Şəhər Baş Polis İdarəsi Avropa oyunları zamanı ictimaiyyətə müraciət edərək toy mərasimlərinin keçirilməməsi ilə bağlı tövsiyyə xarakterli müraciət etmişdi. Müraciətdə bildirilrdi ki, ən azından ölkədə olan qonaqların, idamançıların, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini hər kəs anlayır: “Bu tədbirlərin keçiriləcəyi ərazidə avtomobillərin hərəkətinin məhdudiyyəti, nəqliyyatın istiqamətinin dəyişdirilməsi, istər-istəməz, sıxlıq yaradacaq. Yollar bağlıdırsa, toy necə ola bilər? Bu ərəfədə toyların keçirilməsi məqdəsəuygun deyil”.

Görəsən reallıqda vəziyyət necədir? Avropa Oyunlarının keçiriləcəyi 12-28 iyun tarixlərində paytaxtın şadlıq saraylarında toy mərasimləri keçiriləcəkmi? Bu məqsədlə Bakının bir sıra şadlıq sarayları ilə əlaqə saxladıq. “Neolit”dən bildirdilər ki, Avropa Oyunları başlandığı gün, yəni iyunun 12-də toy sifarişləri qeydə alınmayıb və bu tarixdə restoranın heç bir zalında mərasim keçirilməyəcək.

“Yeganə” şadlıq sarayından isə dedilər ki, iyunun 12-də toy sifarişləri olsa da, bu sifariş başqa günə – 15 iyun tarixinə keçirilb: “Həmin günə toy sifarişi var idi. Amma biz bunu sonraya keçirdik. Qalan günlərdə isə mərasimlər var.”

“Xəmsə” restoranından da bildirdilər ki, iyunun 12-də Avropa oyunları ilə əlaqədar mərasimlər olmayacaq. Digəri günlərdə isə toyların keçiriləcəyini vurğuladılar. “Ay İşığı”, “Su sonası”, “Sonalar sonası”, “Niel”dən eyni fikri təsdiqlədilər.

Restoranlardan onu da bildirdilər ki, iyunun 17-dən Ramazan ayı başlandığından, ümumiyyətlə, toy olmayacaq.