XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2015 - 08:31

Sarı xətlərlə bağlı cərimələrin hüquqi əsası varmı?

Vaqif Əsədov: “Bu barədə Milli Məclis qərar qəbul edib”

Avropa Oyunları ilə bağlı Bakının küçə və prospektlərində qadağanedici xətlər daxilində nəqliyyatın hərərkətinin məhdudlaşdırılıması paytaxda tıxaclara səbəb olub. Dünən gün ərzində sosial şəbəklərdə yeni qaydaların yaratdığı fəsadlar müzakirə edilib. Sürücülər birmənalı şəkildə qadağaları paytaxt sakinlərinə qarşı diskriminasiya kimi dəyərləndiriblər. Gətirilən arqumentlərdən biri Avropa Oyunlarına hələ 2 həftənin qaldığı müddətdə hərəkət zolaqlarının boş olmasına baxmayaraq, nəqliyyatın hərəkətinə qoyulan mədudiyyətin əsassız olması ilə bağlıdır. Digər bir arqumentdə isə qadağaların hüquqi əsasının olmadığı irəli sürülür.

Xatırladaq ki, sarı xətlər daxilində hərəkət edən nəqliyyat vasitələri 40 manat məbləğində cərimə olunur. İki gün ərzində yollarda quraşdırlmış kameralar vasitəsi ilə aşkar olunan qayda pozuntularına görə, yüzlərlə sürücü cərimələnib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinn rəhbəri Vaqif Əsədov Strateq.az-a açıqlamasında bildirib ki, qadağaların hüquqi qüvvəsi var: “Bir müddət əvvəl Milli Məclisdə bu məsələyə baxılıb və qərar qəbul olunub. Burada qanunsuz heç bir məsələ yoxdur”.

“İnzibati Xətalar Məlləsinə bununla bağlı dəyişikliklər olubmu” sualına V.Əsadov belə cavab verdi: “Xeyr, dəyişiklik olmayıb. Amma Milli Məclis bu məsələyə baxıb və qərar verib”.

DYP rəsmisinin sözlərinə görə qayda pozuntularını aşkara çıxarmaq üçün yollara hər 500 metrdən bir müasir kamerlar yerləşdirilib. Qurğular vasitəsi ilə, eyni zamanda, YPX əməkdaşları tərəfindən yollara ciddi nəzarət təşkil edilib. Qaydanı pozan heç kim məsuliyyətdən kənarda qala bilməz.

Onun sözlərinə görə beynəxalq miqyaslı idman tədbirləri keçirilən başqa ölkələrdə də belə məhdudlaşdırıcı tədbirlərə əl atılır. “Avropa Oyunları Bakının 10-a yaxın idman arenasında həyata keçiriləcək. İdmançıların, təşkilatçıların rahat, vaxtında daşınması üçün yollarda xüsusi zolaqların ayırılıması çox vacibdir. Avropa Oyunları Təşkilat Komitəsinin tövsiyyəsinə uyğun olaraq belə bir qərar qəbul olunub. Oyunlardan sonra sarı xətlər ləğv olunacaq və nəqliyyatın hərəkəti əvvəlki qaydasına düşəcək. Heç kim bundan narahat olmasın”, – deyə Vaqif Əsədov vurğulayıb.

İnzibati Xətalar Məcəlləsi:

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə — qırx manat miqdarında cərimə edilir.

Qeyd edək ki, qadağanedici sarı xətlərlə bağlı tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin bu maddəsi ilə cəzalandırlır.

Tuqay

Strateq.az