XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 10:55

Səhiyyə Nazirliyi:“Üç ayda 173 nəfər zəhərlənib”

 

zeher

 

Bu ilin yanvar-mart ayları ərzində əhali arasında 143 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 173 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 19 botulizm hadisəsi nəticəsində 24 nəfər botulizmlə xəstələnib. Qida zəhərlənmələri əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Bu il Azərbaycanda – Şabran rayonunda 1 nəfər ev şəraitində hazırlanan qida qəbulu nəticəsində baş verən qida zəhərlənməsindən dünyasını dəyişib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.