XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 10:59

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətcədvəli dəyişir

 

Qatar biletlərinin qiyməti artdı

 

Aprelin 18-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının işinin səmərəliliyinin artırılması və sərnişin daşımanın optimallaşdırılması məqsədilə, sərnişin sıxlığının Sumqayıt şəhərindən səhər saatlarında, Bakı şəhərindən isə axşam saatlarında çox olduğunu nəzərə alaraq, aprelin 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Sumqayıt sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50, 17:00, 18:10 və 18:50-də, Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də yola düşəcək.

Şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.