XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 17:55

Səhiyyə naziri vətəndaşlar üçün qəbul keçirəcək- Vaxt və yer açıqlandı

oqtay-sireliyev

Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 15-də saat 10:00-da Mingəçevir Şəhər Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı Mingəçevirlə yanaşı, Bərdə, Şəki, Yevlax və Goranboy rayonları sakinlərinin səhiyyə sahəsinə dair müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Şəhər Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.