XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 20:10

Həcc ziyarətində dünyasını dəyişənlərəkompensasiya veriləcək

Hecc-ziyareti-1

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlardan ziyarətdə dünyasını dəyişənlərin ailələrinə və ya ağır xəsarət alanlara kompensasiya ödənəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, kompensasiyalar zəvvarların seçdikləri ziyarət xidməti növlərinə görə 5 və 6 min manata qədərdir.

Zəvvarlardan VİP ziyarət növünü seçənlər üçün 6 min, nisbətən ucuz ziyarət növünü seçənlər üçün isə 5 min manat nəzərdə tutulub. Bundan başqa, ağır xəsarət alanlara müvafiq olaraq müalicənin xərcinə görə kompensasiya veriləcək. Bu, sənədlərin qəbulu zamanı zəvvarla bağlanan müqavilədə əksini tapır.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Dolların kursuna görə bu ilki ziyarət xərcləri ötən il ilə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.