Məşhur Azərbaycan müğənnisi Yaqub Zurufçu sosial şəbəkədə müxtəlif illərdə Təbrizdə, Ərk Qalasında çəkdirdiyi fotoları paylaşıb.
İlk foto 1978-ci ildə, sonrakı 2015-ci ildə çəkilib.
“”Ayrılıq” bu dəfə qalib gələ bilmədi” yazan Y. Zurufçu Təbrizi “mənəvi paytaxt” adlandırıb.
İranda anadan olan Cənubi Azərbaycan müğənnisi Yaqub Zurufçu 80-ci illərin sonundan etibarən Azərbaycanda populyarlıq qazanıb. Ona böyük şöhrət gətirmiş “Ayrılıq” mahnısı bu gün də çox sevilir.