XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 16:04

Kənd təsərrüfatı sahəsində çalışan I və II qrup əlillər məcburisosial sığorta haqqı ödəyəcək

isci

Milli Məclisin plenar iclasında “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. 

Strateq.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, dəyişiklik məcburi dövlət sosial sığorta haqqı ilə bağlıdır. 

Qanun layihəsi barədə İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi sədri Ziyad Səmədzadə məlumat verib. Qanuna əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, torpaqların 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, torpaqların 4-cü keyfiyyət qrupu üzrə 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. 

Dəyişikliyə əsasən bundan sonra əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından 67 yaşına qədər kişilər və 57 yaşına qədər qadınlar başa düşüləcək. 

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.