Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf selofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.