XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 17:24

Bu qəsəbədə 4 gündür işıq yoxdu- Sakinlər əlacsız qalıb

isiq

Abşeron rayonunu Qobu qəsəbəsindəki hərbi şəhərciyin sakinləri 4 gündür ki, işıqsız qalıblar. Şəhərcikdə yaşayan Səkinə Sarıyevanın sözlərinə görə, hər gün səhər saatlarından işıqlar söndürülür, bir də gecəyarısı yandırılır:

«Tək bizim ünvanda yox, bütün Qobuda söndürürlər. Bax, bu gün də söndürdülər. Biri hamamda qalır, birinin paltaryuyanı, birinin soyuducusu, birinin televizoru xarab olur. Hara müraciət edək, kimə deyək, bilmirik».

Qobu sakini Firuz Aslanov deyir ki, qəsəbənin icra nümayəndəliyinə də müraciət ediblər: «Deyirlər, biz də sizin kimi oturub gözləyirik ki, nə vaxt yandıracaqlar».

Abşeron rayon İşıq İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Qobuda elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün bəzi təmir işləri aparılır. Buna görə də qəsəbənin bəzi yerlərinə elektrik enerjisinin ötürülməsində son günlər fasilələr yaranıb(AzadlıqRadiosu).