XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

17 Aprel 2016 - 10:22

Məktəb direktorlarının işə qəbuluimtahanı başlayıb

mekteb

Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə başlanılıb.

Nazirlikdən bildiriblər ki, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə – imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.

Esse yazmaq üçün də proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompyuter vasitəsilə qeyd edə bilirlər. İnformasiya-kommunikasiya texnologiyaları bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılır. İmtahanlar üç gün (bazar günü də daxil olmaqla) davam edəcək.

İmtahanın nəticələri aprelin 18-də məlum olacaq.