XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 07:24

Sabahdan buraxlış imtahanları başlayır

TQDK 01.jpg

Sabahdan respublikanın bütün orta ümumtəhsil müəssisələrində IX və XI siniflərində buraxlış imtahanı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günkü mətbuat konfransında imtahanların təsdiqlənən qrafik üzrə 2, 6, 11, 16 iyunda olacağını bildirib.

İmtahanlarda respublika üzrə 88 151 nəfər XI, 107 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir.

İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq. İlk imtahan Bakıda olacaq (55 897 nəfər şagird).

Buraxılış imtahanının qaydalarına görə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat və xarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 2 saat 45 dəqiqədir.

ümumi orta (9 illik) təhsil bazasında buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.