XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 07:33

Kafelərə işlənmiş yağda təzədən xörək qızartmaq qadağan edildi – Qərar

aspaz.jpg

Azərbaycanda ictimai iaşə müəssisələrində (kafe, restoran, otel və s. ) termiki oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunması qadağan edilib.

Bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. ümumi texniki şərtlər” dövlət standartında ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) keyfiyyət və təhlükəsizliyinə ümumi tələblər sırasında yer alıb. (APA)

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov APA-ya açıqlamasında bildirib ki, söhbət qızartma yeməklər hazırlanarkən bir neçə dəfə istifadə edilən bitki yağlarından gedir: “Əgər bitki yağlarında bir neçə dəfə tutaq ki, kartof qızardılarsa, o halda bitki yağları oksidləşir. Bu da sağlamlıq üçün ziyanlıdır. Ona görə də oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunmasına qadağa qoyulması təqdir edilməlidir”.