XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 11:10

Statistika Komitəsi:"Ölkədə qiymətlər 10 faiz artıb”

 

erzaq.jpg

Bu ilin I rübündə Azərbaycanda istehlak qiymətləri illik hesablamada (2015-ci ilin eyni dövrü ilə müqayisədə) 10,8% artıb.

Bu barədə Dövlət Statsitika Komitəsi məlumat verib.

Manatın devalvasiyası, eləcə də başqa iqtisadi amillər inflyasiya səviyyəsinə də təsir edib. Manat ABŞ dollarına nisbətən iki dəfə qiymətdən düşəndən sonra ərzağın qiyməti 13,1%, qeyri-ərzaq malları 15,2%, əhaliyə pullu xidmətlər 4% bahalanıb. Dövlətstatkomda belə hesablayıblar. (Turan)

Təkcə martda fevralla müqayisədə qiymətlər 0,4% bahalanıb. Ərzağın qiyməti 0,3%, qeyri-ərzaq malları və əhaliyə pullu xidmətlərin qiyməti 0,5% artıb.

Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycanda 12,8% inflyasiya olacağı barədə proqnozunu açıqladı. 2015-ci ildə ölkədə rəsmi inflyasiya 4% olub.