XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 14:15

İcra başçısının qardaşı 2-ci qrup əlildən rüşvət istəyib? –Şikayət (FOTO)

U

Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 70 sakini 2-ci qrup əlil albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlu tərəfindən Strateq.az-a şikayət məktubu daxil olub.

O, Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşının rəhbərlik etdiyi 36 saylı Tibbi Sosial Ekspert Komissiyasındakı (TSEK) vəziyyətdən və orada üzləşdiyi durumdan şikayətçidir:

"İcra başçısının qardaşı Mühakim Ağayev 2-ci qrup əlilliyimi 1-ci qrup edilməsi üçün məndən rüşvət istəyir. Hası ki, mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm. Hazırda 65 yaşım var, gözlərim demək olar ki, tamam görmür. Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər.

Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyada yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək. Ancaq 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada "öz arşını ilə bez" ölçür ki, buna da mənim maddi imkanım yoxdur".

Şikayətçi yazır ki, o, müvafiq komissiyanın yoxlamasından keçib:

"Bu zaman mənə dedilər ki, sənə 1-ci qrup əlillik dərəcəsi təyin edilməlidir. Sonra 36 saylı TSEK-in sədri Mühakim Ağayev qardaşım Məhəmmədi çağırıb dedi ki, "onların deməsinə baxmayın, pul verilməsə, mümkün deyil. Onlar görüntü xatirinə bunu edirlər, əslində, pul verilməlidir".

Təkrar edirəm ki, mənim isə heç bir imkanım yoxdur".

Sonda şikayətçi bildirib ki, o, Mühakim Ağayevin əməlləri haqda Prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Səhiyyə naziriOktay Şirəliyevə və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova şikayət ərizələri ilə müraciət edib: "Xahiş edirəm, mənə köməklik edin".

Yazıda adıçəkilən şəxslə əlaqə yaratmaq mümkün olmayıb.

M.Ağayevi də dinləməyə hazırıq.

Strateq.az