XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2016 - 22:34

Ağstafada “Balabəyin evi” tarixi abidə məhv edildi,polis araşdırmaya başladı (FOTOLAR)

agstafa-ebide-ev-sok

Ağstafa rayon Dağkəsəmən kəndində yaşı 200-ü aşan və rəsmi qurumlar tərəfindən qorunmaya alınan tarixi abidə dağıdılıb.

Bu barədə Strateq.az-a kənd sakini Muradov Ələsgər İmran oğlu məlumat verib.

Onun sözlərinə görə, yaşadığı Dağkəsəmən kəndində babasının 1804-cü ildə tikdirdiyi “Balabəyin evi” adlı tarixi abidəsi bəlli şəxs tərəfindən qanunsuz dağıdılıb:

"Nəzərinizə çatdırım ki, bu tarixi abidə Nazirlər Kabinetinin 2001-ci ildə, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb. İnvertar nömrəsi 4076 olan abidəyə, müraciətim əsasında 2015-ci ildə dövlət təfindən baxış keçirildi və abidəyə heç bir kənar müdaxilənin qeydə alınmadığı bildirildi. Lakin bu ilin mart ayının 26-sı günü kənddə olarkən gurultu eşitdim və həmin abidənin olduğu yerdən toz duman yüksəldiyini gördüm. Ərazinin kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından əraziyə yaxınlaşa bilmədim. 

Hadisə barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdim. Hal-hazırda araşdırma aparılır.

Babamdan bizə qalan tarixi abidənin kimlərinsə şəxsi maraqlar naminə dağıdılmaması üçün mətbuat vasitəsi ilə içtimailəşdirilməsini sizdən xahiş edirəm.

Bura heç mənim babamın olmasa da, tarixi abidənin dağıdılmasına necə göz yuma bilərəm, belə abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. Sizdən artıq dərəcədə xahiş edirəm, dövlətimiz tərəfindən qorunan bu abidəni dağıdanların layiqli cəzasını alması üçün mətbuat vasitəsi ilə müvafiq orqanlara çatdırlımasını təmin edəsiniz”.

Şikayətdə o da üeyd olunur ki, 200-dən çox yaşı olan “Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-su illər arasında tam bərpası nəzərdə tutulub. Və bunu təsdiq edən sənəd də məktuba əlavə olunnub.

Strateq.az dağıdılan "“Balabəyin evi”nin fotolarını da təqdim edir: