XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 23:06

Şəhid ailələrinə verilən müavinət və pensiyalar artırıla bilər –Deputatlardan açıqlama (VİDEO)

sehid9

"Şəhid ailələrinə verilən pensiya və müavinətlərin artırılması barədə Milli Məclisin plenar iclasında məsələ qaldırıla bilər".

Millət vəkilləri bununla bağlı təkliflərin artıq hazır olduğunu deyib.

Millət vəkili Vahid Əhmədov şəhidlik statusunun dünyada ən yüksək status olduğunu onlara ən yükəsk imtiyazların şamil ediləmli olduğunu vurğulayıb.

“Şəhidin ailəsi, övladları heç bir əziyyət çəkməməlidir”, – deyə millət vəkili əlavə edib.

Daha sonra millət vəkili Hadı Rəcəbli şəhid ailələrinə diqqət və qayğıdan danışıb.

“Lənkəranda belə bir ailə var. Onun xanımı 1000 manat civarında həyat yoldaşının əmək haqqısını alır. Və həmin ailə ev növbəsinə götürülüb. Bu addımların hər biri ailəyə böyük dəstək olur. Əlbəttə ki, bunlar azdır. Dünyasını dəyişmiş, əlil olmuş insanlara nə etsək, azdır”, – deyə Hadı Rəcəbli vurğulayıb.

ANS TV