XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 12:18

Göyçayda 8 ailə imdad diləyir –Yaşadıqları bina qəzalı vəziyyətə düşüb (FOTO)

goycay-ev-dagin

Göyçay rayonu S.Vurğun küçəsi bina-61-də yaşayan sakinlər tərəfindən Strateq.az-a şikayət məktubu daxil olub.

Şikayətçilər – Məmmədova Elmira Şirin qızı, Bəşirov Anar Allahverdi oğlu, Orucova Şölə Məhəmməd qızı, Məmmədova Şəhla Musa qızı və Səmədov Fərrux Sabir oğlu yazırlar ki, 8 ailənin 38 nəfər üzvü cəmi 120 kv.m sahəsi olan evdə dəhşətli dərəcədə acınacaqlı şəraitdə yaşayırlar: "Bina tam qəzalı vəziyyətdədir. Hər an evimiz başımıza uşa bilər. Buna görə qorxu içindəyik. Rayon rəhbərliyi bu barədə heç bir tədbir görmür".

Yaşadıqları binanın rayon Mənzil İstismar Sahəsinə məxsus olduğunu yazan şikayətçilər bildirir ki, binada tualet  də yoxdur:

"Mənzillər tam yararsız, uçuq-sökükdür. Mənzillərin tavanı uçub, binanın hasarı da uçmaq üzrədir. Azyaşlı uşaqların həyatından qorxuruq ki, başlarına daş-kəsək düşə bilər. Özümüzün də maddi imkanımızda yoxdur ki, təmir etdirək. Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda dəfələrlə olsaq da, heç bir tədbir görülməyib. Əksinə, böyük ölçüdə köhnə model elektirik sayğacını da gətirib, düz uşaqların əli çatacaq yerdə binaya vuirublar. Bu sayğacda yağış suyundan xarab olduğu üçün bizə dəfələrlə qanunsuz cərimə tətbiq ediblər. Yenisi ilə əvəz edilməsi üçün bizdən 800 manat pul istəyirlər".

Şikayətçilər bildirir ki, icra başçısından  heç bir kömək olmadığını düşünüb, deputatları Elman Nəsirovdan kömək gözləyirlər.