XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 13:28

“Azəryolservis”dən Ucarlı şikayətçinin kompensasiya tələbinə aydınlıq gətirildi

Bu gün Strateq.az saytında Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızının dərc olunan şikayətinə qarşı tərəfdən cavab gəlib.

Strateq.az-a açıqlama verən “Azəryolservis” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi ASC tərəfindən həyata keçirilən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun tikinti sahəsindən kənarda yerləşir: “Bu üzdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin baxmayaraq ki, sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşir, ancaq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq”.

Qeyd edək ki, Ucar sakininin şikayətini bu linkdən oxuya bilərsiniz:

Strateq.az