XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 21:12

“Hazırda qarşımızda duran əsas məqsədlərdən biri…” –Mikayıl Cabbarovdan müəllim seçimi haqda açıqlama

mikayil-nazir

"Hazırda qarşımızda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz bu imkanları araşdırırıq".

Bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, məktəblərə müəllim seçiminə son illər diqqətlə yanaşılır:

"Burada bizim üçün ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq bu proqramı təkmilləşdirməyi düşünürük".

O bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var:

"İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, onda zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır".

AzVision.az