XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 09:58

187 şəxsin və 112 şirkət rəhbərinin Azərbaycandan çıxışıqadağan edilib

 

vergiler.jpg

Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyicilərinə qarşı ciddi tədbirlər görülür.

Vergilər.az saytı bildirir ki, borcu olan vergi ödəyicilərinin adları artıq keçən ildən başlayaraq ictimaiyyətə açıqlanır.

Bundan başqa, məhkəmənin qərarı ilə təkcə müğənnilər deyil, borcu olan hər bir vergi ödəyicisinin ölkədən çıxışına qadağa qoyula bilər. Əvvəllər bu qadağalar yalnız fiziki şəxslərə şamil olunurdusa, yanvarın 1-dən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də aid edilir.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı yerləşdirilib. Siyahıda ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslər 187, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 112 nəfərdir.