XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 15:46

İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edəcək

shahin_mustafayev_170214.jpg

İyunun 5-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11.00-dan etibarən Şəki Olimpiya İdman Kompleksində (ünvan: Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (02424) 4-27-11, (050) 391-75-72, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və Sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Strateq.az