XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 13:40

Nazirlikdən telefon alan və satanlaraxəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılan və IMEI nömrələri qeydiyyata alınan mobil cihazların satışı təşkil olunmalıdır:

"Satış məntəqələrində olan bütün mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görüləcək.

Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, IMEI nömrəsini yazaraq 1677 qısa nömrəsinə SMS göndərməklə və ya 1677 məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın IMEI nömrəsini müəyyən etmək olar".