XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 16:25

Akademik Nailə Vəlixanlı:“Şah İsmayılın dövləti fars dövləti kimi tanınıb”

 

naile veli

“XVI əsrdə Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb. Bu, həqiqətdir”.

 APA-nın xəbərinə görə, bunu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin afişasında Şah İsmayılın XVI əsrdə italiyalı rəssam tərəfindən çəkilmiş “Sophy Pers – Fars hökmdarı” sözləri yazılmış portretinin nümayiş etdirilməsini tənqid edənlərə cavab olaraq deyib. Akademik bildirib ki, həmin portret İtaliyanın Florensiya şəhərindəki muzeydə saxlanılır.

O qeyd edib ki, həmin portret italiyalı tacirlərin Şah İsmayılla görüşü zamanı çəkilib: “Portret İtaliyaya aparılıb. Portreti çəkən rəssam sonradan ora özü “Sophy pers” sözünü əlavə edib. Etiraf edək ki, XVI əsrdə Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb”.