XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 06:18

İlhamə məşəli yeriyə-yeriyə aparacaq –Nazirdən açıqlama

ilhame.jpg

“çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə ətrafında müzakirələr aparılır?! İlhamə xanım çox sevimli müğənnidir. O, 150 məşəl daşıyandan biridir. Qaça bilməsə də, hərəkət edəcək”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var: “Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Biz rayonlara müraciət etdik. Oradan tanınmış, ictimaiyyəti əhatə edən insanların adları təqdim olunub. Siyahılarda təkcə idmançılar yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Xalq artisti Əlibaba Məmmədov isə dedi ki, məşəli daşımaq çox çətindir. O, səhhətinə görə bu prosesdə iştirak edə bilmir”.