XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2016 - 15:33

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik –Sərəncam

avtovaqzal

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Bununla da qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi ilə bağlı 2.0.10-1-ci maddə əlavə edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Bundan başqa, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri ilə bağlı 25-1-ci maddə əlavə edilib. Başqa sözlə, avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.