“Azərbaycan Milli Elmlər Akademiyasının praktik hissəsi çatışmır. Buna görə də nəticələr biz istəyən səviyyədə deyil”.
Bu fikirləri millət vəkili İqbal Ağazadə AMEA-nın fəaliyyəti barədə danışarkən deyib. Onun sözlərinə görə, bu qurumun sistemini başqa sahələrə transfer etmək lazımdır: “AMEA-nın strukturları ayrı-ayrı institutların, sənayenin, istehsalatın və ya elmin konkret sahələrinə gündəlik fəaliyyət sferasına tabe etdirilməlidir. Məsələn, Geologiya, Neft-Kimya Prosesləri İnstitutu və s. Dövlət Neft Şirkətinin tərkibinə verilməlidir. Humanitar sahələr Təhsil Nazirliyinin, ayrı-ayrı universitetlərin tərkibində olmalıdır. Yəni bu qurumun sistemini başqa sahələrə transfer etmək lazımdır”.(ölkə.az)