XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 15:28

Çirkli çimərliklər barədə açıqlama verildi – Siyahı

cimerlik.jpg

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən strateq.az saytına məlumat verilib.

Məlumatda bildirilir ki, laboratoriya müayinələri zamanı, Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Nardaran, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Müayinələr zamanı müəyyən edilib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri aparılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub.

Qeyd olunan nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilmiş, Səbail rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub.

2015-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonu Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-cu il tarixli, 83N-li qərar qüvvədə saxlanılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Baş Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və rayon GEM-lərinə rəsmi məktubla qərar göndərilib.

Strateq.az