XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 05:54

“1 şagird: 1 kompüter” layihəsi genişləndiriləcək

shagird-komp-300.jpg

Azərbaycan Təhsil Nazirliyi və “Intel” korporasiyasının təşkilatçılığı ilə “1 şagird: 1 kompüter” layihəsi ilə bağlı seminar keçirilib. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri, “Intel” korporasiyasının, “Inspiring Knowledge” şirkətinin nümayəndələri iştirak ediblər.

Seminarda elektron təhsilin əhəmiyyəti və “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr, ən yaxşı təcrübələr, eyni zamanda Azərbaycanda bu modelin tətbiq olunmasına dair növbəti addımlar üzrə mövzular müzakirə olunub.

Bu barədə ictnews.az saytı məlumat verib.

Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, artıq bir neçə ildir “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi üzərində müvafiq işlər aparılır və layihənin daha da genişləndirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılmasında yeni avadanlıqların rolundan danışıb.

Seminarda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kurrikuluma uyğun rəqəmsal məzmunun yaradılması, İKT infrastrukturu və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, seminar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.

Strateq.az