XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 06:11

“Bu Azərbaycanı Avropa üçün maraqlı ölkəyə çevirir”- Mövqe

natiq aliyev.jpg

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün yeni mənbədir, infrastrukturların diversifikasiyası və Şərq ilə Qərbin arasında körpü rolunu oynayan ölkədir. Bu da Azərbaycanı Avropa üçün olduqca maraqlı ölkəyə çevirir”.

Bu sözləri Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransındakı çıxışı zamanı Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. (Azərtac)

Nazir bildirib ki, Azərbaycanın bu gün qlobal təbii qaz layihələrini həyata keçirmək üçün hər cür texnoloji imkanları var. Azərbaycan qaz kəmərlərini inşa etmək və müvafiq layihələri öz maliyyə vəsaiti hesabına həyata keçirmək iqtidarındadır.

“Azərbaycan bu gün həm qaz istehsal edən, həm də qaz ixrac edən ölkədir. Gələcəkdə isə Azərbaycan qaz emal edən ölkə olacaq”, – deyə Natiq Əliyev qeyd edib.