XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2015 - 06:47

Bakıda yeni qadağalar başlayır – Rəsmi açıqlama

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri davam etdiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq:

“Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə əks istiqamətdə, yəni “20 Yanvar” dairəsindən “Böyükşor yol qovşağı”nadək olan hissədə aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə isə işlər aparılarkən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər”.

Qeyd edək ki, ötən gecə “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektinin “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru olan hissəsində aparılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyib və sürücülərdən görülən işlərər anlayışla yanaşmalarını xahiş edib(Anspress).