XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 16:36

Abituriyentlərin nəzərinə: –Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başladı

TQDK

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək.

Strateq.az Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilən link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Elektron qeydiyyatın tarixləri aşağıdakı kimidir:

– ali təhsil müəssisələrinin I qrup “memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək;

– ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək;

– tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək;

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında verilib. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri “Abituriyent” jurnalının 3-cü sayında nəşr ediləcək.