XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 20:47

Bakıda və Abşeronda təbii qaz təchizatındaməhdudiyyətlər olacaq

qaz-mavi

Qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin təmiri, aşkar olunmuş qaz sızmalarının ləğv olunması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə aprelin 29-da saat 09.00-dan işlər yekunlaşanadək Bakının Sabunçu rayonunun Savalan və Albalılıq yaşayış massivlərində, Bilgəh qəsəbəsində, Binəqədi rayonunun Çiçək yaşayış massivi ərazisində, Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrində, Qaradağ rayonunun Sahil qəsəbəsində, həmçinin Abşeron rayonunun Xırdalan, Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məlumatı “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.