““Memar Əcəmi-2” və “Avtovağzal”dan sonra B3 (şərti adı) stansiyası sərnişinlərin ixtiyarına olacaq”.
Bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, B3 bənövşəyi xəttin növbəti stansiyasıdır:
“Bu stansiya Ceyhun Səlimov (Papanin adlanan ərazi) ətrafında açılacaq. Hazırda həmin stansiyada tikinti işləri davam edir”.
N.Paşayev qeyd edib ki, Xırdalan ərazisi istiqamətində metro stansiyası tikintisi nəzərdə tutulmayıb(AzNews.az).