XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 20:54

Qan donorları arasında futbol çempionatı keçiriləcək

qandonor.jpg

Azərbaycan Kikboksinq Federasiyası və “Layf” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə Qan Donorluğu ilə bağlı futbol turniri keçruləcək. “Layf” Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Emil Vəliyevin verdiyi məlumata görə, “14 İyun – ümumdünya Qan Donorları Günü” münasibəti ilə qan donorları arasında iyunun 6-dan 12-dək futbol turniri keçiriləcək. Futbol turniri Azərbaycan Kikboksinq Federasiyasının və “Layf” Xeyriyyə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq. Futbol turnirində qan donorlarından ibarət 16 komanda iştirak edəcək. “Azərbaycan Kikboksinq Federasiyası” və “LAYF” Xeyriyyə İctimai Birliyi daxil olmaqla, “Toyota Baku” Şirkət, “Atəşgah Sığorta””Bakı Metropoliteni” QSC,”NetFrame” MMC, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”, “Standard Insurance” Sığorta Şirkəti, “Parabank” ASC-Yasamal Filialı, “Nikoil bank” ASC, “Murov” Ekstremal İdman Klubu, “PAŞA” Sığorta, “City Hospital”, Diaspor Jurnalistlər Birliyi, “Mr.Fix” MMC, “LAWYERS UNITED” Hüquqçulardan ibarət komandalarının donorları turnirdə iştirak edəcəklər.

Futbol turnirinin həyata keçirilməsinin məqsədi mütəmadi, könüllü qan donorluğunun və sağlam həyat tərzinin təbliğidir. Futbol turnirinin açılışı Azərbacan-Türk Futbol Klubunun meydançasında 6 iyun 2015 – ci il saat 14:00-da baş tutacaq.

ünvan: Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 sayli orta məktəbin yanı.