XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 19:49

“Avroviziya”da separatçı “DQR”-ə bayraq qadağasının qoyulduğutəkzib olundu

avroviziya

 

Avropa Yayım Birliyi (EBU)  “Avroviziya” yarışması zamanı elan etdiyi “bayraq qadağası” barədə qərarını  özünün rəsmi saytından çıxarıb.

 Strateq.az bildirir ki, EBU bu xəbərin “ilkin mətn” olduğunu və “publika üçün nəzərdə tutulmadığını” bəyan edib.

Xatırladaq ki, bu gün KİV-də “Avroviziya” təşkliat komitəsinə istinadən yayılmış məlumatda qeyd olunmuşdu ki, yarışma zamanı bir sıra bayraqların zala buraxılması qadağan edilib. Bunların sırasında Kosovo, separatçı “Dağlıq Qarabağ” rejiminin, Fələstin, Bask ölkəsinin bayraqları var. Bask ölkəsi ilə bağlı məlumat İspaniya hakimiyyətində narazılıq yaradıb. Onlar bildiriblər ki, baskların bayrağı ölkənin muxtar cəmiyyətinin rəsmi simvoldur.

EBU bu məlumatın “Avroviziya”nın keçiriləcəyi  “Globe Arena”nın rəsmi saytından çıxarılması barədə göstəriş verib.

Bununla bağlı yaxın saatlarda müsabiqədə qadağan edilmiş simvollarla bağlı düzgün mətni yerləşdirəcəklər.