XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 05:47

Bakı nefti London birjasında 2 dollar ucuzlaşıb

NEFT.jpg

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,64 dollar ucuzlaşaraq 58 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,77 dollar azalaraq 62,03 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,21 dollar ucuzlaşaraq 62,65 dollar təşkil edib.