XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 19:01

Nəqliyyatın Mübadilə Mərkəziişə düşdü

neqliy

Bu gün səhərdən etibarən Bakı kəndlərindən “Koroğlu” metrostansiyası istiqamətində xidmət edən avtobusların son dayanacağı dəyişdirilib. 

Strateq.az xəbər verir ki, bu barədə jurnalistlərə  Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbri Nuridə Allahyarovaməlumat verib. Bildirib ki, yenilik metronun yaxınlığında yaradılan Nəqliyyatın Mübadilə Mərkəzinin işə salınması ilə bağlıdır:

“Bəzi xətlər var ki, orada nəqliyyatın həddən artıq sıx hərəkəti müşaiyət olunur. Bu da təhlükəsizlik baxımından çox ciddi problemlərə gətirib çıxarırdı. Bununla bağlı olaraq “Koroğlu” metrostansiyasının ətrafında sərnişinlərin xaotik hərəkəti, eyni zamanda bütün nəqliyyat vasitələrinin eyni məkanda toplaşmasının qarşını almaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Burada avtobuslar üçün lövhələr qurulub. Sərnişinlər oradan  avtobusların dayanacaqlarını müəyyən edərək rahat şəkildə istifadə edə bilərlər”. 

Mərkəzin işə düşməsi ilə bəzi marşrutların  – 160, 171, 172 və 189 saylı aavtobusların son dayanacağı da bura dəyişdirilib.  N.Allahyarovanın sözlərinə görə, gələcəkdə Mərkəzdə optimallaşdırma işləri aparılacaq. Sərnişinlər üçün səkilərdə nişanlar qurulacaq, elektron lövhələr asılacaq. 

Qeyd edək ki, buna qədər  Dərnəgül yolu istiqamtindən gələn avtobuslar qoşa xəttin üzərindən keçərək yol ötürücülərinə keçid edirdilər. İndi həmin problem də aradan qaldırılıb. Dərnəgül istiqamətindən gələn avtobuslar da NMM-dən keçməklə yollarına davam edəcəklər.

“Baku Bus” şirkətinə məxsus avtobuslar  üçün isə Mərkəzdə ayrıca  dayanacaq qurulub. Sərnişinlər həmin avtobuslara minmək üçün ödənişi yeni turniketlərdə ödəyərək keçəcəklər. Burada nəqliyyat kartlarının yüklənməsi üçün aparatlar da quraşdırılıb.

Paytaxtın nəqliyyat sisteminin optimallaşdırılmasından danışan  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov gələcəkdə belə mərkəzlərin sayının  artırılacağını bildirib.  Belə ki, “Koroğlu” metrosunun digər çıxışında,  Qara Qarayev prospektində, 28 may metrosu ətrafında və Beynəlxalq avtovağzal ərazisində də NMM-lərin qurulacağı planlaşdırılır.