XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 20:12

Bəzi marşrutların sondayanacağı dəyişib

Son dayanacağı “Qara Qarayev” metro stansiyasının önündə olan bəzi marşrutların dayanacaqları dəyişib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin marşrutlar 160, 170, 172 və 189 nömrəli marşrutlardır.

Marşrutların dayanacaqlarının dəyişməsinə səbəb “Qara Qarayev” metro stansiyasının önündə yaranan nəqliyyatın sıxlığı olub. Qeyd edək ki, həmin marşrutların avtobusları “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzində dayanacaq.